525.Az

Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik


 

Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik<b style="color:red"></b>

Ölkəmiz ingiliscə “Georgia” adlansa da, biz ABŞ-nin ştatı deyilik.

525.az "Report"-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O, ABŞ-nin Gürcüstan vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar haqqında danışıb.

“Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də bu qərar tamamilə özbaşına və əsassızdır,” - Şalva Papuaşvili deyib.

 





06.10.2024    çap et  çap et