525.Az

Tramp Harrisdən fərqli olaraq Ukraynanı xilas etmək istəyir - Politoloq


 

Tramp Harrisdən fərqli olaraq Ukraynanı xilas etmək istəyir  - <b style="color:red">Politoloq</b>

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp öz rəqibi Kamala Harrisdən fərqli olaraq Ukraynada münaqişənin davam etdirilməsinin məqsədəuyğun olmadığını başa düşür, onun hərəkətləri Ukrayna dövlətçiliyinin məhvinə gətirib çıxara bilər.
525.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Pavel Feldman deyib.

Bir gün əvvəl Harris demişdi ki, Tramp Ukrayna böhranını həll etməyəcək, lakin Kiyevi təslim olmağa məcbur edəcək. Eyni zamanda, Harris Kiyevin NATO-ya üzvlüyünə cəhd edib-etməyəcəyi sualına cavab verməyib.

Ekspertə görə, görünür, Harris Ukrayna dövlətçiliyinin mərhələli şəkildə məhvi planını təklif edir, çünki prezident seçkilərində qalib gəlsə, Ukrayna prezidenti Vladimir Zelenski rejimi heç bir təhlükəsizlik zəmanəti almayacaq: "Demokratların əsl planı hər iki tərəfin resursları tamamilə tükənənə qədər qarşıdurmanın silahlı mərhələsini mümkün qədər uzatmaqdır.

Eyni zamanda, Trampın da Ukraynadakı münaqişənin həlli üçün dəqiq proqramı yoxdur, lakin respublikaçılar, ən azı, Ukrayna ordusunu Amerika silahları ilə daha da gücləndirməyin mənasızlığını və NATO-nun Şərqə doğru genişlənməsinin məqsədəuyğun olmadığını başa düşür. Respublikaçılar dünyada yeni təhlükəsizlik arxitekturasına dair Moskva ilə təcili danışıqlara başlamağın zəruriliyini qəbul edirlər".
Politoloq hesab edir ki, Kiyev üçün Tramp hazırkı ağrılı vəziyyətin aradan qaldırılmasında bir şansdır.

Pərvanə Sultanova

 





08.10.2024    çap et  çap et