Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “Versetech” komandası “TEKNOFEST 2024”ün Antalyada keçirilən final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə birinci yerə layiq görülüb.
UNEC-dən 525.az-a bildirilib ki, Türkiyənin Adana şəhərində keçirilən mükafatlandırılma mərasimində UNEC-in tələbəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif edilib.
Ümumilikdə 32 komandaya qarşı yarışan “Versetech” komandası “PsychoAI” layihəsi ilə 76.88 xal toplayaraq, 80.000 TL məbləğində birincilik mükafatını əldə edib.
Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEXNOFEST”də bu il 788 min 161 komandanın 1 milyon 630 milyon iştirakçısı ilə rekord say qeydə alınıb.
Sevinc Qarayeva