525.Az

Malayziyanın keçmiş naziri: "Halal sənayesi qlobal biznes istiqamətinə çevrilib"


 

Malayziyanın keçmiş naziri: "Halal sənayesi qlobal biznes istiqamətinə çevrilib"<b style="color:red"></b>

Halal sənayesi artıq yalnız müsəlmanlara aid deyil və qlobal səviyyədə vacib bir biznes istiqamətinə çevrilib.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu Malayziyanın baş nazirinin ofisinin nümayəndəsi, keçmiş dini işləri naziri Mücahid Yusuf Rava Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Malayziya 1974-cü ildə halal sektorunun inkişafına təşəbbüs göstərən ilk müsəlman ölkəsi olub. Bunun məqsədi ümmətin ehtiyaclarını ödəmək və daha məsuliyyətli istehlaka keçmək idi. Bu gün halal sənayesi yalnız müsəlmanlara aid deyil. Zaman keçdikcə bu termin daha geniş kontekst qazanıb və əhəmiyyətli bir biznes sahəsinə çevrilib," - deyə o vurğulayıb.

Mücahid Yusuf Rava qeyd edib ki, halal konsepsiyası bir neçə əsas komponenti əhatə edir: "İlk əvvəl o, müsəlman ümmətinin ehtiyaclarını ödəməyə yönəlmişdi. Lakin halal məhsullara tələbatın artması ilə halal bazarının dəyəri də artıb və bu, onun qloballaşmasına səbəb olub".

Onun sözlərinə görə, gələcək inkişaf üçün halal standartlarının qlobal səviyyədə tanınması və qəbul edilməsi zərurəti yaranıb, nəzərə alsaq ki, bu bazarın həcmi trilyonlarla dollar qiymətləndirilir. "Bunu nəzərə alaraq, 'yaşıl' istehlak konsepsiyası halal sənayesinin inkişafında növbəti səviyyəsi olacaq" - deyə o əlavə edib.

Sonda Mücahid Yusuf Rava əminliyini bildirib ki, Bakıdakı forum halal sənayesinin daha da inkişafı və qlobal tanınması yolunda mühüm addım olacaq.

 





08.10.2024    çap et  çap et