525.Az

Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində Ermənistan sərhədçiləri də iştirak edəcək


 

Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində Ermənistan sərhədçiləri də iştirak edəcək<b style="color:red"></b>

2025-ci il yanvarın 1-dən etibarən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri tərəfindən birgə təşkil olunacaq.

525.az APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə görə, bununla bağlı razılıq Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilib.

O da bildirilib ki, Ermənistanla İranın sərhəd bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsində isə bilavasitə Ermənistan sərhədçiləri keşik çəkəcək.

 





08.10.2024    çap et  çap et