ABŞ-nin Florida ştatının rəsmiləri materikə yaxınlaşan "Milton" qasırğasının 5-ci kateqoriyaya yüksəlməsindən sonra can və mal itkisini minimuma endirmək üçün ardıcıl təxliyə əmrlərini elan etməyə başlayıb. Bəzi hava limanları, xüsusilə Orlando Beynəlxalq Hava Limanı uçuşlara bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida Fövqəladə Hallar İdarəsinin icraçı direktoru Kevin Qutri mətbuat konfransında ştat sakinlərinə 5-ci kateqoriyaya yüksəldiyi bildirilən qasırğa ilə bağlı xəbərdarlıq edib.
Qutri qeyd edib ki, ərazi vaxtında tərk edilərsə, dalğaların artması səbəbindən mümkün ölüm hallarının "100 faiz qarşısı alına bilər".
Səlahiyyətlilər, sözügedən evakuasiya əmrinin Florida ştatının ən azı 50 əyalətinin əhatə etdiyini bildirib və əyalət sakinlərini bir neçə gün davam edəcək qida, su, dərman və batareyalardan ibarət fəlakət dəsti hazırlamağa çağırıb.
Malik Atilay