525.Az

Şimali Koreyadan NATO-ya sərt reaksiya


 

Şimali Koreyadan NATO-ya <b style="color:red">sərt reaksiya</b>

Şimali Koreya Rusiya ilə münasibətlərini pisləyən NATO-ya reaksiya verib və təşkilatın ölkənin maraqlarını pozmağa davam edəcəyi təqdirdə bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bəyan edib.

525.az xarici KİV-ə istinadən bildirir ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi NATO ilə bağlı açıqlama verib.

Bəyanatda NATO-nun Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələri pisləməsi ilə bağlı bu ifadə işlədilib: “NATO ABŞ-nin döyüş alətindən başqa bir şey deyil”.

Şimali Koreya rəsmisi NATO-nun bəyanatını pisləyərək: “Əgər NATO Şimali Koreyanın maraqlarını pozmağa davam edərsə, bunun səbəb olacağı faciəvi nəticələrə görə tam məsuliyyət daşıyacaq”, - deyib.

Malik Atilay 

 





08.10.2024    çap et  çap et