Hadisə Meksikanın Çilpansinqo şəhərində baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Alexandro Arkos yeni təyinatda işə başladıqdan 6 gün sonra naməlum şəxslər tərəfindən qəddarlıqla öldürülüb.
Yerli mətbuatda yayılan xəbərlərə görə, cinayətkarlar Arkosun başını kəsərək öz avtomobilinin kapotu üstünə qoyublar. Bunu özündə əks etdirən şəkillər sosial şəbəkələrdə yerləşdirilsə də, sonradan moderatorlar etik qaydalara görə onları pozublar.
Metin qətli ölkədə böyük rezonans doğurub. Hətta Meksika prezidenti Klaudia Şeynbaum istintaqı xüsusi xidmət orqanlarının əməkdaşlarının aparacağını bildirib.
Qeyd edək ki, Çilpansinqo şəhəri Herrero ştatının paytaxtıdır. Bu ştatda isə cinayətkarlıq, narkotacirlərin özbaşınalığı sadə dillə desək, baş alıb gedir.
L.Tağıyeva