2024-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub.
525.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 417,5 milyon manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 991,7 milyon manat və ya 13,4% artıb. Ödənilən vergilərin 70%-i qeyri-neft-qaz sektorunun, 30%-i isə neft-qaz sektorunun payına düşüb.