525.Az

Harris seçki kampaniyası zamanı rekorda imza atdı


 

Harris seçki kampaniyası zamanı <b style="color:red"> rekorda imza atdı</b>

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini elan etdikdən sonra üç aydan az müddətdə 1 milyard dollardan çox vəsait toplayıb.

525.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilir ki, buna qədər ABŞ-da ən yüksək dövlət vəzifəsinə heç bir namizəd 1 milyard dolları bu qədər qısa zamanda toplamağa müvəffəq olmayıb.

Bu məbləğ digər prezidenliyə namizəd, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü il üçün açıqladığı ümumi yığımları üstələyir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkidə respublikaçıları Donald Tramp, demokratları isə Kamala Harris təmsil edir.

İbrahim Cəfərov

 





09.10.2024    çap et  çap et