525.Az

Netanyahu hökuməti sülhə məcbur edilməlidir - Politoloq 


 

Netanyahu hökuməti sülhə məcbur edilməlidir - <b style="color:red"> Politoloq </b>

ABŞ-ın İsrailə hərbi yardımı dayandıracağı və  Baş nazir Benyamin Netanyahu hökuməti sülhə məcbur ediləcəyi təqdirdə Yaxın Şərqdəki münaqişəyə son qoyulacaq. 

525.az xəbər verir ki, bu barədə “Poliloq Group”un eksperti, siyasi şərhçi Ruslan Andreyev bildirib. Onun fikrincə, İranın bu münaqişədə mövqeyi eskalasiyanın azaldılmasıdır.  Tehranın prioriteti Vaşinqtonla yeni razılaşma və Qərb sanksiyalarının tədricən aradan qaldırılmasıdır. 

O hesab edir ki, ərəb rəsmilərinin bəyanatları ABŞ-İsrail proksilərinə İran ərazisinə hücuma cəhd edəcəyi təqdirdə onlara simmetrik cavab verilə biləcəyi barədə xəbərdarlıqdır.

Eyni zamanda, o vurğulayıb ki, Təl-Əviv Livanda Tehranın proksisi Hizbullaha hücum edərək döyüş zonasını genişləndirmək yolunu tutdu.

"Bu gün Yaxın Şərq münaqişəsinə son qoymaq perspektivi ABŞ-ın İsrailin hərəkətlərinə verdiyi dəstəkdən asılıdır. Eyni zamanda, Netanyahunun Livandakı hərbi kabinetinin növbəti dəfə “qırmızı xətləri” keçməsinə və ABŞ prezidentliyinə namizəd Donald Trampın döyüşkən ritorikasına baxmayaraq, Yaxın Şərq münaqişəsi regional statusunu qoruyub saxlayır,  üçüncü dünya müharibəsinə çevrilmək təhlükəsi yaratmır. Bundan əlavə, Qlobal Cənub ölkələri və İran bütün tərəflərin maraqları nəzərə alınmaqla tezliklə sülh yolu ilə nizamlanmasının tərəfdarıdır", -  politoloq fikrini  yekunlaşdırıb.

Pərvanə Sultanova

 





11.10.2024    çap et  çap et