Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsut Özil "Zirə" klubunun qonağı olub.
525.az xəbər verir ki, görüşdə Bakı təmsilçisinin Muşahidə Şurasının sədri Orxan Məmmədov və əsas komandanın baş məşqçisi Rəşad Sadıqov iştirak ediblər.
Keçmiş yarımmüdafiəçi Zirə İdman Kompleksində klubun U-19 komandası ilə görüşüb və futbolçulara öz tövsiyələrini verib.
Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.