525.Az

Türkiyə ordusu Suriyada əməliyyat keçirib, iki terrorçu öldürülüb


 

Türkiyə ordusu Suriyada əməliyyat keçirib, iki terrorçu öldürülüb<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, "Fırat Kalkanı" və "Barış Pınarı" bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.

Bundan başqa, "Pəncə-Kilit" əməliyyat bölgəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində terrorçulara məxsus xeyli sursat ələ keçirilib.

 





12.10.2024    çap et  çap et