525.Az

Cevdet Yılmaz: Çəkindiricilik qabiliyyətinin artırılması Türkiyə üçün seçim yox, zərurətdir


 

Cevdet Yılmaz: Çəkindiricilik qabiliyyətinin artırılması Türkiyə üçün seçim yox, zərurətdir<b style="color:red"></b>

Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığı xeyli azaldıb.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İstanbulda çıxışı zamanı deyib.

“Türkiyə bütün sanksiyalara baxmayaraq, xaricdən asılılığı 80 faizdən 20 faizə qədər azaldıb”, - vitse-prezident vurğulayıb.

O bildirib ki, Türkiyə PUA istehsalında dünyanın aparıcı ölkələrindəndir.

C. Yılmaz söyləyib ki, bu gün dünyada ciddi hadisələr baş verir: “Beynəlxalq münasibətlər sisteminə, beynəlxalq hüquqa inam azalıb. Baş verənlər göstərir ki, biz öz ayaqlarımız üzərində durmağı bacarmalıyıq”.

Vitse-prezidentin sözlərinə görə, Türkiyə özünün çəkindiricilik qabiliyyətini artırmalıdır: "Bu, bizim üçün seçim yox, zərurətdir".

 





12.10.2024    çap et  çap et