525.Az

Aşqabadda TBMM sədri ilə Xaçaturyan Türkiyə-Ermənistan sərhədlərinin açılmasını müzakirə edib


 

Aşqabadda TBMM sədri ilə Xaçaturyan Türkiyə-Ermənistan sərhədlərinin açılmasını müzakirə edib<b style="color:red"></b>

Türkmənistanın paytaxtı Aşqabad şəhərində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş arasında qısa görüş olub.

APA-nın “Armenpress”ə istinadən xəbərinə görə, bu barədə V.Xaçaturyan məlumat verib.

“Çox qısa söhbətimiz oldu. Əsasən sülh şəraiti, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması haqqında danışdıq”, - Ermənistan Prezidenti deyib.

 





12.10.2024    çap et  çap et