Misirin Əl-Minya əyalətində qatarların toqquşması nəticəsində 1 nəfər ölüb, 19 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilənlərin bir qisminə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Digərlərinin vəziyyəti orta ağırdır.
Qeyd edək ki, dünən baş verən qəzada sərnişin qatarı ilə lokomotivin toqquşması nəticəsində sərnişinlər olan bir neçə vaqon relsdən çıxıb və çaya aşıb.
L.Tağıyeva