"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Mançester Siti"dən ayrılması ehtimalından danışıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mütəxəssis hələlik gələcəyi ilə bağlı qərar vermədiyini deyib: “Gələcəkdə başıma nə gələcəyini görəcəyik. Mən hələ düşünməli və gələcəkdə nə etmək istədiyimə qərar verməliyəm”.
Xatırladaq ki, Xosep Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, 2016-cı ildən "şəhərlilər"in baş məşqçisidir.
Komanda Qvardiolanın rəhbərliyi altında ümumilikdə Premyer Liqanı 6, İngiltərə Liqa Kubokunu 4, ölkə kubokunu 2 dəfə qazanıb. Ötən il "Mançester Siti" Çempionlar Liqasının, UEFA Superkubokunun və klublar arasında dünya çempionatının qalibi olub.
Hazırda "Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 17 xalla 2-cidir. Komanda lider "Liverpul"dan 1 xal geri qalır. İngiltərə klubu Çempionlar Liqasının Liqa mərhələsində isə 4 xalla 8-ci yerdədir.