525.Az

Pul köçürmələrinə nəzarətin gücləndirilməsi niyə daha da aktuallaşıb?


 

Pul köçürmələrinə nəzarətin gücləndirilməsi niyə daha da aktuallaşıb?<b style="color:red"></b>

"2024-cü ilin geridə qalan aylarının rəsmi statisikası göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq pul köçürmələrində artım müşahidə olunmaqdadır. Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsinin 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb".

Bunu 525.az-a millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, göründüyü kimi, enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də təsirsiz ötüşməyb:

"Bütün bunlar ilə yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azlasa da Azərbaycandan xaricə köçürmələr 34,7% artıb. 
Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması əsas isə hər zaman hədəflərdəndir".

Sevinc Qarayeva 

 





14.10.2024    çap et  çap et