525.Az

Agentlik: 47 xarici tələbə HTP çərçivəsində Azərbaycanda təhsil alacaq


 

Agentlik: 47 xarici tələbə HTP çərçivəsində Azərbaycanda təhsil alacaq<b style="color:red"></b>

2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən 525.az-a bildirilib ki, 36 nəfər Çin Xalq Respublikası vətəndaşı, 5 nəfər Qazaxıstan Respublikası vətəndaşı, 4 nəfər Tacikistan Respublikası vətəndaşı, 1 nəfər Serbiya Respublikası vətəndaşı və 1 nəfər Rumıniya vətəndaşı Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62 faiz (29 nəfər) artım deməkdir.

Əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.

Qeyd edək ki, Azərbaycanda təhsil xarici ölkə vətəndaşları üçün “Study in Azerbaijan” ilə daha əlçatandır.

Sevinc Qarayeva 

 





14.10.2024    çap et  çap et