525.Az

İsrail ordusu Hizbullah-ın komandirlərindən birini öldürüb


 

İsrail ordusu Hizbullah-ın komandirlərindən birini öldürüb<b style="color:red"></b>

İsrail Müdafiə Qüvvələri (İMQ) Hizbullahın əsas bölmələrindən olan “Radvan” tank əleyhinə kompleksinin komandirlərindən birini zərərsizləşdirdiyini açıqlayıb.

525.az xəbər verir ki, bu barədə İMQ-nin Telegram kanalında məlumat yerləşdirilib.

Məhəmməd Kamal Naim adlı şəxs Nəbatiyə bölgəsində İsrail raketi ilə hücuma məruz qalıb.

Oktyabrın 14-də İsrail ordusu 24 saat ərzində Hizbullah-ın 200 hədəfinə hücum edildiyini bildirib. Bundan əvvəl ordu Livanın cənubundakı sakinlərə evlərinə qayıtmamaq barədə xəbərdarlıq edib.

Pərvanə Sultanova

 





14.10.2024    çap et  çap et