Azərbaycan millisi Millətlər Liqasının 5-ci turunun Estoniya ilə matçı Qəbələdə keçiriləcək.
QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Görüş Qəbələ şəhər stadionunda oynanılacaq.
Qeyd edək ki, Azərbaycan - Estoniya matçı noyabrın 16-da keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.
Əlavə edək ki, oyunun Bakıya deyil, Qəbələyə təyin edilməsi həmin günlərdə Azərbaycan paytaxtında mötəbər COP-29 tədbirinin keçirilməsi ilə əlaqədardır.