"Barselona" prezidenti Joan Laporta "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı klubunda görmək istəyir.
QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Joan Laporta klubda işlədiyi müddətdə ən azı bir dəfə daha səs-küylü transfer etməyi planlaşdırır. Norveçli rəhbər 24 yaşlı həmyerlisi ilə 2025 və ya 2026-cı ildə müqavilə imzalamaq istəyir.
Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Hazırda onun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Erlinq bu mövsüm bütün turnirlərdə 10 matça çıxıb və 11 qol vurub.