“Boka Xuniors”un yeni baş məşqçisi açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın yeni baş məşqçisi postuna "Boka Xuniors"un keçmiş oyunçusu Fernando Qaqo təyin olunub.
Argentina klubunun bəyanatında deyilir: "Evə xoş gəlmisiniz, Fernando".
Qeyd edək ki, Qaqo bu klubda 2005-2007, daha sonra isə 2013-2019-cu illərdə geyinib. Argentinalı futbolçu "Real", "Roma", "Valensiya" və "Velez Sarsfild"in də formasını geyinib. Qaqo futbolçu karyerasını başa vurduqdan sonra Qaqo "Aldosivi", "Raysinq" və "Qvadalaharas"ı çalışdırıb.