Koreya yarımadasında gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlərə ehtiyac var.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Ninq brifinqdə deyib.
O bildirib ki, Koreya yarımadasının yaxın qonşusu kimi Çin yarımadada vəziyyətin inkişafını və KXDR ilə Koreya Respublikası arasında münasibətləri diqqətlə izləyir: “Gərginliyin artması tərəflərin heç birinin ümumi maraqlarına uyğun deyil və eskalasiyanın qarşısını almaq əsas prioritetdir. Çin Koreya yarımadasında sülh və sabitliyin qorunmasına sadiqdir və siyasi nizamlanmanın təşviqi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır”.
XİN rəsmisi bu məqsədə çatmaq üçün bütün tərəflərin birlikdə çalışacağına ümid etdiyini bildirib.
Pərvanə Sultanova