525.Az

Rusiya Qərbdən fərqli olaraq Gürcüstanın daxili siyasətinə qarışmır - Peskov


 

Rusiya Qərbdən fərqli olaraq Gürcüstanın daxili siyasətinə qarışmır - <b style="color:red">Peskov</b>

Qərb dövlətləri Gürcüstanda seçkilərin gedişinə təsir etmək istəyir, amma Rusiya başqa dövlətin daxili siyasətinə qarışmaq fikrində deyil.

525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstanın hazırkı hakimiyyətinə təzyiq göstərmək və seçki kampaniyasının gedişatına birbaşa, üstüörtülü təsir göstərmək cəhdlərini görürük. Biz heç bir şəkildə Gürcüstanın daxili işlərinə qarışmırıq və bunu etmək niyyətində deyilik”, - Peskov əlavə edib

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Pərvanə Sultanova

 





15.10.2024    çap et  çap et