525.Az

Körfəz ölkələri Aİ-nin Rusiya əleyhinə mövqeyini dəstəkləməyiblər


 

Körfəz ölkələri Aİ-nin Rusiya əleyhinə mövqeyini dəstəkləməyiblər<b style="color:red"></b>

Körfəz ölkələri Ukrayna münaqişəsi ilə bağlı Avropa İttifaqının antiRusiya mövqeyini dəstəkləməyib.

525.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Materialda qeyd olunub ki, Aİ oktyabrın 16-da Brüsseldə blokun və Fars körfəzi Əməkdaşlıq Şurasının birinci sammitində ərəb dövlətlərini birgə bəyanat imzalamağa dəvət edib. Sənəddə körfəz ölkələrinin Rusiyaya maddi yardımı dayandıracağı və İranı Moskvanı raket və PUA ilə təchiz etdiyinə görə qınanacağı nəzərdə tutulurdu.

Ərəb dövlətləri Rusiyaya qarşı sanksiya təzyiqinin artırılması bəndinə qarşı çıxıblar.

Bundan əvvəl Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Rusiya və Ukrayna arasında münaqişənin siyasi həllinə nail olmaq səylərini dəstəkləyib.

Pərvanə Sultanova

 

 





15.10.2024    çap et  çap et