Moskvada 59 yaşlı qadın dişlərinin hamısını çəkdirdirdən 1 gün sonra dünyasını dəyişib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın paytaxtda yerləşən "Mendeleyev" diş klinikasına implant qoymaq üçün müraciət edib.
Stomotoloqlardan biri "bir nəfəsə" qadının bütün dişlərini çəkdikdən sonra pasient evə buraxılıb.
Həmin gün özünü normal hiss edən qadın ertəsi hamam otağında huşunu itirib. Hadisə yerinə çatan təcili tibbi yardım briqadasına ölüm faktını rəsmiləşdirmək qalıb.
Qeyd edək ki, həkimlərin gəldiyi qənaətə görə, qadının ürəyi 32 dişin "yükünü çəkə bilməyib".
L.Tağıyeva