Bolqarıstanın paytaxtı Sofiyada naməlum şəxslər sovet əsgərlərinin şərəfinə ucaldılmış abidəni təhqir ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Sosialist Partiyasının mətbuat xidməti məlumat yayıb.
Press-relizdə vandalların abidəninin üzərinə boya tökdüyü, kompozisiyanın tərkib hissəsi olan uşağın başının qoparıldığı qeyd olunub.
Partiya yaydığı açıqlamada hökümət orqanlarından həmin şəxslərin aşkarlanıb cəzalanmasını, abidənin təmizlənməsini və bərpasını tələb edir.
Qeyd edək ki, bir müddət əvvəl Moskvada da oxşar hadisə baş vermişdi. Bir neçə nəfər tacik miqrant Böyük Vətən müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ağ boya ilə korlamışdı.
L.Tağıyeva