525.Az

Çində yeni gənə virusu aşkar edilib


 

Çində yeni gənə virusu aşkar edilib<b style="color:red"></b>

Çin alimləri gənə ilə ötürülən sirli virus aşkar ediblər. 

525.az “TRT HABER”ə istinadən xəbər verir ki, Monqolustanda bir bataqlıq parkında gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri göstərən bir xəstə xəstəxanaya yerləşdirilib. Tədqiqatçılar xəstədən götürülmüş qan nümunəsində genetik analizlə əvvəllər məlum olmayan virus aşkar ediblər.

Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faiz təşkil edir.

Alimlər Çinin şimal-şərqində gənə dişləməsindən sonra kəskin qızdırma keçirən digər xəstələri müayinə ediblər və daha 17 bataqlıq virusu aşkar ediblər ki, bu da virusun bu bölgədə geniş yayıldığını təsdiqləyir.

Ləman İlkin

 





15.10.2024    çap et  çap et