Mərakeşdə iki gün davam edən güclü yağışlar bir ildə illik yağıntı qədər su gətirib və lazım olan suyu Sahara səhrasının ən quraq bölgələrinə çatdırıb.
525.az “TRT HABER”ə istinadən xəbər verir ki, bu sentyabr leysan yağışı son onilliklərin ən güclü yağışı olub, xüsusən də Mərakeşin cənub-şərqdəki Rabat kəndində bir gündə təxminən 10 sm yağış yağıb.
NASA peyklərindən çəkilən görüntülərə görə, Zaqora ilə Tata arasında yerləşən və 50 ildir quruyan İriki gölü bu yağışlarla dolub.
Bundan əlavə, Merzuqa bölgəsi də güclü yağışdan təsirlənib. Bu fırtına altı illik quraqlıqdan sonra gəlib. Mərakeşdə Meteorologiya Baş Müdirliyində çalışan Houssine Youabeb bildirib ki, 30-50 il ərzində bu qədər qısa müddətdə bu qədər yağıntı görməyib. O, həmçinin əlavə edib ki, yağıntılar havada rütubəti artırmaqla ölkənin illərlə davam edəcək hava şəraitinə təsir göstərə bilər.
Qeyd edək ki, fırtına Mərakeş və qonşu Əlcəzairdə ümumilikdə 20 nəfərin ölümünə və kənd təsərrüfatına ziyan vurub.
Ləman İlkin