Kolumbiyanın cənub-qərbində yaşayış məntəqəsinə edilən bombalı hücumda 17 nəfər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, silahlı təşkilatın Cauca inzibati bölgəsindəki El Plateado kəndinə bombalı hücumu nəticəsində çoxlu sayda mülki şəxs yaralanıb.
Pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumda bəziləri ağır olmaqla 17 nəfər yaralanıb.
Yerli mətbuatın yazdığına görə, hərbi hissəni PUA ilə hədəfə almaq istəyən silahlı təşkilat hədəfə çata bilməyib və mülki əhalinin olduğu ərazini bombalayıb.
Qeyd edək ki, hücuma görə Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələrinin (FARC) təşkilatı Estado Mayor Central (EMC) üzvləri məsuliyyət daşıyır.
Malik Atilay