Misirin şərqindəki Süveyş əyalətində sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 12-yə çatıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Misir Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada Ayn Suhna yolunda baş verən qəza ilə bağlı cari rəqəmlər paylaşılıb.
Açıqlamada sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayının 12-yə, yaralıların sayının isə 33-ə yüksəldiyi qeyd edilib.
Qeyd edək ki, nazirlikdən dünən verilən açıqlamada qəza nəticəsində 7 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilmişdi.
Malik Atilay