Bakıda 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi keçirilir.
Bakı Ekspo Mərkəzində 15-17 oktyabr tarixlərində keçirilən regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirib.
Sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət iştirak edir. Bu ölkələr arasında Azərbaycan, Türkiyə, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Finlandiya, Fransa, Hindistan, Rusiya Federasiyası və başqa ölkələr də var.
“Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində bu il ilk dəfə olaraq, süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə məşğul olan şirkətlər yer alır.
Sərginin məqsədi Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzində ziyarətçilərinin diqqətini cəlb edən, Azərbaycanın tarixini və mədəni dəyərlərini əks etdirən guşələr də təşkil edilib.
Nigar Abbasova