Polşa kubokunda 1/16 final mrhələsinin oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" öz meydanında "Şlensk"lə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
Bu nəticədən sonra "Radomyak" kubokla vidalaşıb.