525.Az

Gürcüstanın Baş naziri: Ölkəmizdə keçirilən seçkilər demokratik, şəffaf olub


 

Gürcüstanın Baş naziri: Ölkəmizdə keçirilən seçkilər demokratik, şəffaf olub<b style="color:red"></b>

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkiləri təmiz, şəffaf, rəqabətli və demokratik keçib.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Seçkilər tamamilə ədalətli, azad, rəqabətli və şəffaf keçib. Şəffaflıqla bağlı heç bir problem yoxdur. Hər kəs hər şeyi yenidən yoxlaya bilər”, - o bildirib.

 





30.10.2024    çap et  çap et