Braziliya millisinin və “Əl-Hilal”ın 3futbolçus Neymar 2025-ci ilə qədər millidə yer almayacaq.
QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Dizindən aldığı ciddi zədəsini 1 il sonra çətinliklə sağaltmış Neymar Braziliya millisinə qayıtmaq üçün müraciət edə bilərdi. Lakin yerli federasiya futbolçunun sağlamlığını riskə atmamaq qərarına gəlib.
32 yaşlı forvard gələn ilin martında Kolumbiya (20 mart), sonra isə Argentina (25 mart) ilə qarşılaşmalarda milli komandanın formasını yenidən geyinə biləcək.
Xatırladaq ki, Braziliya millisi noyabrın ortalarında Venesuela (14 noyabr), daha sonra Uruqvay (20 noyabr) ilə qarşılaşacaq.