525.Az

Tacikistanda 1500 baxıcı və cadugər saxlanıldı


 

Tacikistanda 1500 baxıcı və cadugər saxlanıldı<b style="color:red"></b>

Tacikistan hüquq-mühafizə orqanları ölkədə baxıcılıq və cadugərliklə məşğul olan 1500 nəfəri saxlayıb.

525.az Tacikistan mətbuatına istinadən xəbər verir ki, onlar prezident Emomali Rahmonun birbaşa tapşırığı ilə tutulublar.

Saxlanılanlar qeydiyyata götürüldükdən sonra bir hissəsi cərimələnərək sərbəst buraxılıblar. Qalanları isə 15 günlük həbs ediliblər.

Bu ilin yazından Tacikistanda baxıcılığa və cadugərliyə qarşı mübarizə başlayıb. Bu əməllər qanunla cinayət hesab edilir. Hakimiyyət orqanları cadugər və baxıcıların insanlara, əsasən də bisavad zümrəyə qarşı dələduzluq etdiyi fikrindədir.

Qeyd edək ki, qanunda bu işlə məşğul olanlara hətta 2 illik həbs cəzası da nəzərdə tutulub.

L.Tağıyeva

 





02.11.2024    çap et  çap et