525.Az

Zooparkdan 4 yenot qaçdı, bütün şəhər axtarır


 

Zooparkdan 4 yenot qaçdı, bütün şəhər axtarır<b style="color:red"></b>

İngiltərədə heyvanxanadan 4 yenot qaçıb və şəhərin küçələrində gizlənib.

525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər Uayt adasındakı heyvanxanada baş verib.

Zoopark əməkdaşları itlərin və dronların köməyilə  axtarışa başlasalar da, heyvanları tapmaq mümkün olmayıb.

Belədə, rəhbərlik sosial şəbəkə vasitəsilə şəhər əhalisinə müraciət edib. İndi bütün şəhər yenotları axtarmaqla məşğuldur.

Qeyd edək ki, mütəxəssislər də əhaliyə ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib. Doğrudur, yenotlar insanlara ciddi təhlükə yaratmır, amma  qorxuda bilərlər.

L.Tağıyeva

 





04.11.2024    çap et  çap et