525.Az

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb


 

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri noyabrın 6-da başa çatıb.

525.az xəbər verir ki, Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər yola saldılar.

 





06.11.2024    çap et  çap et