525.Az

COP29 çərçivəsində dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı açıqlanacaq


 

COP29 çərçivəsində dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı açıqlanacaq<b style="color:red"></b>

Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək. Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə Yaşıl zonada keçiriləcək.

Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, tədbir çərçivəsində dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?” mövzusunda panel sessiyası da təşkil olunacaq.

Sevinc Qarayeva 

 





14.11.2024    çap et  çap et