525.Az

Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb


 

Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb<b style="color:red"></b>

Çinin cənubunda yerləşən Quiçjou əyalətində çay gəmisinin aşması nəticəsində səkkiz nəfər həlak olub.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün Pekin vaxtı ilə saat 09:30 radələrində Pinçjen çayında baş verib. Gəminin göyərtəsində 13 nəfər olub.

Həkimlər qəzadan sağ çıxan beş nəfərin vəziyyətini sabit qiymətləndirirlər. Araşdırma aparılır.

 





02.12.2024    çap et  çap et