525.Az

Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub


 

Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub<b style="color:red"></b>

Mahaçqala məhkəməsi terror şəbəkəsi yaratmaqda və partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən Dağıstanın beş sakinini həbs edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsindən bildirilib.

"Mahaçqalanın Sovet rayon məhkəməsi respublikanın beş sakini barəsində həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub.

Ali Məhkəmənin məlumatına görə, terror cəmiyyəti yaratmaq və partlayıcı maddələr hazırlamaq da daxil olmaqla bir sıra maddələr üzrə cinayət işləri açılıb.

 





02.12.2024    çap et  çap et