525.Az

Azərbaycan millisi yarışı 1 qol vurmadan başa vurdu


 

Azərbaycan millisi yarışı 1 qol vurmadan başa vurdu<b style="color:red"></b>

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda B Liqasının 5-ci qrupunda Kiprlə qarşılaşıb. Matç Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.

Oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar. 

Qeyd edək ki, millimiz buna qədər İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Bununla da Azərbaycan millisi yarışda çıxışını başa vurub.

 





02.12.2024    çap et  çap et