525.Az

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək


 

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək<b style="color:red"></b>

Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək.

525.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bununla əlaqədar təkliflər olmalıdır:

"Mən komissiya üzvlərindən bu barədə təkliflərini almaq istəyirəm. Yaxın bir neçə gündə təklifləri təqdim etmək lazımdır. Bələdiyyə seçkiləri ilə bağlı aparılan maarifləndirmə işləri fərqli ola bilər".

 





02.12.2024    çap et  çap et