525.Az

Yaponiya hökuməti Urmiya gölünün bərpasına maliyyə


 

Yaponiya hökuməti Urmiya gölünün bərpasına maliyyə<b style="color:red"></b>

Yaponiya hökuməti İranın Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün bərpasına 4,5 milyon dollar məbləğində yardım ayırıb.

Bu barədə 525.az APA-ya istinadən xəbər verir.

Məlumata görə, maliyyə yardımı Urmiya gölünün bərpası və ətraf yaşayış məntəqələrinin bataqlıqlardan mühafizəsinə xərclənəcək.

Bildirilib ki, layihə 2024-2028-ci illərdə BMT-nin Ətraf Mühit Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçiriləcək. Bu, iki ölkə arasında İranın bataqlıq ərazilərini, xüsusilə Urmiya gölünü qorumaq üçün ikinci əməkdaşlıq layihəsidir.

 





02.12.2024    çap et  çap et