525.Az

Fransada turistlər daşıyan avtobus aşdı: 3 ölü, 8 yaralı


 

Fransada turistlər daşıyan avtobus aşdı: <b style="color:red">3 ölü, 8 yaralı</b>

Dünən axşam Fransanın Porte-Pyuymorens kurort şəhəri yaxınlığında turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qayaya çırpılan mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimal kimi qəzanın qaranlıqda Andorradan Barselonaya qayıdan mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir. 

Hadisə yerinə 100-dən çox xilasedici və yaralıları xəstəxanaya daşımaq üçün 5 helikopter cəlb edilib.

Qeyd edək ki, turistlərin hamısı İspaniya və Kolumbiya vətəndaşlarıdır.

L.Tağıyeva

 





02.12.2024    çap et  çap et