525.Az

Səudiyyə Ərəbistanında metro istifadəyə verildi


 

Səudiyyə Ərəbistanında metro istifadəyə verildi<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda metro istifadəyə verilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünəndən etibarən 3 istiqamətdə qatarların hərəkətində start verilib.

Yaxın vaxtlarda daha 3 istiqamətdə stansiyaların açılışı nəzərdə tutulub. Ümumilikdə 6 xətt üzrə 85 stansiya bütün şəhəri, o cümlədən beynəlxalq aeroportu əhatə edəcək.

Tikintini həyata keçirən "Aistom" şirkətindən verilən açıqlamada metronun Ər-Riyadda yerüstü nəqliyyatın üzərinə düşən yükü xeyli azaldılacağı bildirilib.

Bundan başqa metro ekoloji cəhətdən də sərfəlidir. Aparılan təxmini hesablamalara görə, metronun istifadəyə verilməsi illik 1 milyon ton yanacağa qənaət deməkdir. Bu, həm də ətraf mühitə 12,5 milyon ton karbon qazının az buraxılması anlamına gəlir.

Qeyd edək ki, 6 xətt üzrə 85 stansiya gündəlik 3,6 milyon sərnişinə xidmət göstərəcək.  Metro xətlərinin ümumi uzunluğu 176 km təşkil edəcək. Xətlərdə gündəlik 448 vaqondan ibarət 183 qatarın hərəkəti nəzərdə tutulur.

L.Tağıyeva

 





02.12.2024    çap et  çap et