525.Az

Parkda 19-cu əsrə aid bomba tapıldı


 

Parkda 19-cu əsrə aid bomba tapıldı<b style="color:red"></b>

Rusiyada 157 il əvvəl istehsal olunmuş partlamamış bomba tapılıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident Sankt-Peterburq şəhərində baş verib.

Sakinlər Petroqrad rayonunda yerləşən Aleksandrovsk parkında tikinti aparılan sahədə bombaya bənzər şübhəli əşyanın olması barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıblar. 

Əraziyə gələn mütəxəssislər şübhəli əşyanın 1867-ci ildə çar Rusiyası zamanı istehsal olunmuş mərmi olduğunu bildiriblər. 
Onlar təhlükəsizlik tədbirlərinə riayət etməklə mərmini zərərsizləşdirərək ərazidən aparıblar.

Qeyd edək ki, bu tip hallarla Rusiyada tez-tez rastlaşılır. Məsələn, bir müddət əvvəl su anbarlarının biri təmizlənərkən oradan 2-ci dünya müharibəsi dövrünə aid tank tapılmışdı.

L.Tağıyeva

 





02.12.2024    çap et  çap et