525.Az

Məktəbə gözyaşardıcı qaz buraxdılar, 44 məktəbli zərər gördü


 

Məktəbə gözyaşardıcı qaz buraxdılar, <b style="color:red">44 məktəbli zərər gördü</b>

Berlində naməlum şəxsin məktəbə gözyaşardıcı qaz buraxması nəticəsində 44 şagird zərər görüb.

525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, onlardan 22-i xəstəxanaya yerləşdirilib, 1 uşağın vəziyyəti ağırdır.

Zərərçəkmişlərin hamısı gözlərinin yaşarmasından və nəfəs yollarının qıcıqlanmasından şikayətləniblər.

Qeyd edək ki, yerli polis baş vermiş insidentlə başlı araşdırma aparır. Hələlik hadisəni törədənin şəxsiyyəti müəyyənləşdirilməyib.

L.Tağıyeva

 





03.12.2024    çap et  çap et