525.Az

Bakıda “Range Rover”dən 9400 dollar oğurlanıb


 

Bakıda “Range Rover”dən 9400 dollar oğurlanıb<b style="color:red"></b>

Bakının Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.

525.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 





03.12.2024    çap et  çap et